"Mançester Yunayted"in sabiq futbolçusu Aksel Tuanzebe klubu məhkəməyə verməyi düşünür.
Offsideplus.az xəbər verir ki, buna səbəb ona "qırmızı şeytanlar"da çıxış edərkən verilən tibbi məsləhətlədir. O, bu məsələdə klubu günahlandırır və klinik səhlənkarlığa görə onları məhkəməyə vermək istəyir.
Bu barədə "Telegraph Football" məlumat yayıb.
27 yaşlı Tuanzebe indiyə qədər karyerasında zədələrə görə 129 oyun qaçırdıb.
O, "Mançester Yunayted" 9 yaşında qoşulub və 2023-cü ilə qədər klubun futbolçusu olub.
Qeyd edək ki, son iki mövsümü "İpsviç"də keçirən ingilis müdafiəçi bu yay "Börnli"yə qoşulub.



