Çexiya yığmasının və İtaliyanın "Yuventus" klubunun əfsanəvi futbolçusu Pavel Nedved işsiz qalıb.

Offsideplus.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunun idman direktoru vəzifəsindən ayrılıb. 

Nedvedin bu komandada fəaliyyəti heç 6 ay çəkməyib. O, bu il yanvarın 8-də idman direktoru postuna təyinatı alıb. Bundan təxminən 10 gün əvvəl isə tanınmış türk məşqçi Fatih Terimin baş məşqçi vəzifəsinə təyinatı gerçəkləşib.

"Əl-Şabab" mövsümü 6-cı pillədə bitirib. Fatih Terim klubda qalsa da, Pavel Nedved ayrılmaq qərarını verib.

Qeyd edək ki, "Əl-Şabab"dan öncə Nedved uzun müddət "Yuventus" rəhbərliyində yer aııb.