Bakıda səfərdə olan "Fənərbağça" klubunun prezidenti Ali Koç "Qarabağ"ın İdarə Heyətinin üzvləri Emrah Çelikel və Asif Əsgərovla görüşüb.

Offsideplus.az xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda gələcəkdə klublar arasındakı mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün sonunda A. Koça "Qarabağ"ın forması və xatirə hədiyyəsi təqdim olunub.