UEFA "Barselona" klubunu 2022-ci ildə qanuni əməliyyat gəliri olmadığını əsas gətirərək cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, onlar FFP (Maliyyə Fair Play) qaydalarını pozduğuna görə katalon klubuna 60 milyon avro pul cəzası verib.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bununla belə, Xoan Laporta UEFA prezidenti Aleksandr Çeferin ilə görüşüb və cəriməni 15 milyon avroya endirməyi bacarıb. 

Bu, yalnız Barça UEFA və La Liqanın FFP qaydalarına əməl edərsə, həyata keçəcək. Əks halda, onlar bütün məbləği ödəməli olacaqlar.