İngiltərə Premyer Liqasının ilk qaradərili hakimi Yurah Renni 65 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, o, birinci dəfə 1997-ci il avqustun 13-də "Derbi Kounti" - "Uimbldon" matçını idarə etməklə tarixə düşüb.

Sözügedən hakim 1997-2008-ci illər aralığında 300 oyunda, o cümlədən Premyer Liqada 175 matçda ədalət prinsiplərini qoruyub.

Yamaykada doğulan Renni 6 yaşında İngiltərənin Şeffild şəhərinə köçüb və bütün həyatı burada keçib.