FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmyerlimiz Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq.

Moskvada baş tutacaq qarşılaşmada Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.

Qeyd edək ki, “Lujniki” stadionunda keçiriləcək Rusiya – Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.