Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək "Araz-Naxçıvan" kapitan Vadim Abdullayevlə yollarını ayırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, bundan öncə "Araz-Naxçıvan" 9 futbolçu ilə yeni anlaşmaya qol çəkib.
Slavik Alxasov, Qara Qarayev, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərov 2025/2026 mövsümündə də Naxçıvan təmsilçisinin şərəfini qorumağa razılaşıb.