Misli Premyer Liqasında bürünc medallar qazanan “Araz-Naxçıvan” klubu transfer çalışmalarını davam etdirir.

Offsideplus.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.

Belə ki, Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümündə də "Araz-Naxçıvan"ın şərəfini qoruyacaq.

Hər iki futbolçu ilə 1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, buna qədər daha 7 oyunçu - İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqavilənin müddəti uzadılıb. 

Həmçinin baş məşqçi Elmar Baxşıyev də mövsüm bitdikdən sonra rəhbərliklə 1 illiyə nəzərdə tutulan yeni razılaşmaya qol çəkib.

Onu da əlavə edək ki, "Araz-Naxçıvan" gələn ay tarixində ilk dəfə UEFA Konfrans Liqasında mübarizə aparacaq.