Federiko Kyeza ötən yay "Yuventus"dan ayrılaraq "Liverpul"a qoşulub.

Offsideplus.az xəbər verir ki, "Gazzetta dello Sport" nəşrinə danışan italiyalı futbolçu keçmiş klubu barədə bunları deyib:

"Yuventus? Mən hələ də bu klubu sevirəm. Bir gün oraya qayıdacağam? Niyə də yox".

O, Tiaqo Mottanın onu istəmədiyini də söyləyib:

"Motta məni orada istəmədi. O, mənə dedi ki, onun planlarının bir hissəsi deyiləm və özümə başqa komanda tapmalıyam".

Kyeza cari mövsüm "Liverpul"un heyətində 14 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun Mersisayd klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.