Azərbaycan çempionu "Qarabağ"ın 5 legioner futbolçusu ölkımizi tərk edir.
Offsideplus.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyunçular öz milli komandalarına dəvət alıblar.
Belə ki, Yassin Benzia Əlcazair, Marko Yankoviç və Marko Veşoviç Monteneqro, Mateus Koxalski Polşa, Patrik Andrade isə Kabo-Verde yığmasına çağırılıb.
Adıçəkilən futbolçular milli komandanın oyunlarından sonra istirahətə yollanacaqlar.
Onlardan yalnız Yassin Benzianın bir daha "Qarabağ"a qayıtmayacağı gözlənilir. İstedadlı yarımmüdafiəçinin karyerasını Tunisdə davam etdirəcəyi barədə xəbərlər yayılıb.