AFFA növbəti mövsüm üçün klublara lisenziyaları təqdim edib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı AFFA-nın inzibati binasında 2025/2026 mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib. 

Təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, Klubların Lisenziyalaşdırılması Sistemi üzrə elektron platforma və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva tərəfindən müvafiq lisenziyalar verilib.

Bundan başqa arxadan qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.