"Sabah” Futbol Akademiyası istedadlı uşaqların axtarışını davam etdirir.
Offsideplus.az xəbər verir ki, akademiyanın növbəti seçim turu Bakıda baş tutacaq.
“Azərlotereya”nın dəstəyi ilə təşkil olunan müsabiqədə 2009-2015-ci il təvəllüdlü uşaqlar baxışdan keçiriləcək.
Seçimlər mayın 28-də saat 10:00-dan 16:00-dək “ASK Arena”da olacaq.
Müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçmək vacibdir.
Xatırladaq ki, "Sabah" akademiyasının məşqçiləri ötən ay Göygöl və Lənkəranda analoji seçimlər ediblər.