Futbol üzrə Azərbaycanın II Liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Binə qəsəbə stadionunda təşkil olunan tədbirdə "Şahdağ Qusar" qızıl, "Şəfa" gümüş, "Şimal" isə bürünc medallara sahib çıxıblar.
Çempionunun kapitanı Rahid Əmirquliyevə kubok verilib.
Mükafatları AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının (PFL) texniki direktoru Elgiz Abbasov və Futbolun İnkişafı Fondunun(FİF) icraçı direktoru Tural Piriyev təqdim ediblər.
Çempionatın bombardiri “Şəmkir”dən Vidadi Cəfərov olub. Bu mövsüm 31 qol vuran futbolçu da mükafatla təltif edilib.



