"Makkabi Hayfa"nın futbolçusu Qadi Kinda 31 yaşında dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. O, 2 həftə öncə xəstəxanaya yerləşdirilmişdi, lakin bu mübarizədən qalib ayrıla bilməyib.
Kinda efiopiya əsilli olsa da, İsrail yığmasında da çıxış edirdi. O, burada 10 oyuna çıxıb və 2 qol vurub.
O, ötən il Bakıda da meydana çıxıb. Mərhum futbolçu "Makkabi Hayfa"nın "Sabah"la hər iki matçında meydanda olub.



