Türkiyə Gənclər və İdman Nazirliyinin nümayəndələri bu gün AFFA-da olublar.

Offsideplus.az xəbər verir ki, 8 nəfərdən ibarət nümayəndə heyəti ilə AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində görüş baş tutub, “Məşqçi təlimində proqramlaşdırma sistemi” mövzusunda dinləmələr olub. 

Tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.

Bu görüş Azərbaycan və Türkiyə Gənclər və İdman Nazirlikləri arasında 2024-cü ildə imzalanmış protokola əsasən gerçəkləşib. Türkiyəli qonaqlar mayın 16-dək Bakıda “Məşqçi təlimi” mübadiləsi proqramı çərçivəsində digər görüşlər də keçirəcəklər.