"Neftçi" klubunun futbolçusu Emin Mahmudov komandada 60-cı qolunu vurub.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XXXIII turunda dünən “Kəpəz”lə görüşdə (2:2) yubiley qoluna imza atıb. O, 90+6-cı dəqiqədə penaltidən fərqlənməklə "flaqman"ı məğlubiyyətdən xilas edib.
Mahmudov “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. İstedadlı futbolçu Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə rəqib qapılarına yol tapıb.
Beləliklə, o, “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçuya çevrilib. Mahmudov "ağ-qaralar"ın bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur - 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə qol vurub.