Türkiyənin Antalya şəhərində uşaq futbolçular arasında təşkil olunan "Junior World Cup" turniri ikinci dəfə keçirilib.
Offsideplus.az xəbər verir ki, təşkilatçılar bu dəfə yarışdan qabaq ötənilki turnirdən ən maraqlı anların videolarını yerləşdiriblər.
Belə videolar arasında "Qarabağ"ın 9 yaşlılardan ibarət komandasının üzvlərinin rəqsi diqqət çəkib. Uşaqlar üçün həm futbol, həm də əyləncəni özündə birləşdirən yarış zamanı həmyerlilərimiz tribunada ərəb mahnısının ritmləri altında ürəkdən rəqs ediblər.
Video sosial mediada izlənmə rekordu qırır.