"Barselona"nın sabiq futbolçusu Dani Alvesin məhkəmə prosesi başa çatıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı seksual qısnamaya görə bəraət qazanıb. Məhkəmə hesab edib ki, gənc qadının ifadəsi qarşı tərəfin məhkumluğunu təmin etmək üçün kifayət deyil.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Dani Alves 4,5 il həbs cəzasına məruz qalmışdı. O, 1 il 1 ay həbsxana həyatından sonra 1 milyon dollar girov müqabilində azadlığa çıxmışdı.
"Barselona" bu hadisələrə görə onu "Şöhrətlər zalı"ndan çıxarıb.