Uels yığmasının və "Mançester Yunayted" klubunun sabiq futbolçusu Rayan Giqqzin restoranı bağlanıb.
Offsideplus.az xəbər verir ki, İngiltərənin Mançester şəhəri yaxınlığında yerləşən George's Dining Room and Bar adlı iaşə obyekti 563500 funt-sterlinq borc ucbatından fəaliyyətini dayandırıb.
Giqqz bu restoranı 2014-cü ildə 2 dostu ilə birgə açmışdı.
Restoranın bağlanması xəbəri işçilərə telefon bildirişi vasitəsilə çatdırılıb: "Böyük təəssüf hissi ilə bldiririk ki, restoranı təcili bağlamadan savayı çıxış yolumuz yox idi".
BU DA MARAQLIDIR: