Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, Fərhad Kasimov ötən gün 61 yaşında vəfat edib. Bu barədə federasiyanın rəsmi səhifəsində paylaşım edilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına başsağlığı verib, onlara səbr diləyib.