Azərbaycanı bu il FIFA-nın bayrağı altında keçiriləcək yarışlarda təmsil edəcək hakimlərə beynəlxalq futbol qurumunun emblemləri təqdim edilib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə “Marriott Baku Boulevard” otelində tədbir təşkill olunub.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers iştirak ediblər.

Ümumilikdə, 4 nəfər FIFA referisi, 8 nəfər FIFA referisi köməkçisi emblemlərinə layiq görülüb. Ölkəmizi futzal və çimərlik futbolu yarışlarında da hakimlər təmsil edəcəklər. Əliyar Ağayev və Elçin Məsiyev isə beynəlxalq turnirlərdə həm FIFA referisi, həm də VAR hakimi kimi fəaliyyət göstərəcklər.

Referilər:

1. Ağayev Əliyar
2. Məsiyev Elçin
3. Umudlu Kamal
4. Lütfəliyeva Fəridə
 
Referi köməkçiləri:
1. Zeynalov Zeynal
2. Əmirəli Akif
3. Abdullayev Elşad
4. Talıbov Pərvin
5. Hüseynov Namiq
6. Məmmədov Vüsal
7. Əkbərzadə Gülnurə
8. Nurıyeva Sevda
 
VAR hakimləri:
1. Ağayev Əliyar
2. Məsiyev Elçin
 
Futzal:
1. Qafarlı Hikmət
2. Əmiraslanov Knyaz
3. Cəbrayılov Əli
 
Çimərlik futbolu:
1. Məmmədov İnqilab
2. Nağıyev Nail