ABŞ-ın "İnter Mayami" klubunun üzvü Lionel Messiyə şəxsi xahişlə müraciət edən hakim Marko Antonio Ortis Nava ciddi cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, meksikalı ədalət təmsilçisi 6 ay müddətinə Mərkəzi və Şimali Amerika ölkələri Futbol Federasiyalarının (CONCACAF) bayrağı altında keçiriləcək heç bir beynəlxalq yarışa təyinat almayacaq.

Hadisə fevralın 19-da CONCACAF Çempionlar Liqasının "Kanzas Siti" - "İnter Mayami" görüşündə yaşanıb. Matçın baş hakimi oyundan sonra Messiyə yaxınlaşaraq, fiziki qüsurlu qohumu üçün avtoqraf xahiş edib. Qaydalara əsasən, futbol oyunları zamanı hakimlərin oyunçularla şəxsi məsələlərlə bağlı ünsiyyəti qadağandır.

Bununla yanaşı, Marko Antonio Ortis Nava Meksika çempionatında işini davam etdirə bilər.