AFFA daha 4 çempionatın oyunlarını təxirə salıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qeyri-sabit hava şəraitidir.
Beləliklə, həftəsonu U-15, U-16, U-17 və Gənclər Liqasında həftəsonu keçirilməsi planlaşdırılan qarşılaşmalar baş tutmayacaq.
Qeyd edək ki, bundan öncə U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarında da oyunlar təxirə salınmışdı.