Şimali Koreya İngiltərə Premyer Liqasında mübarizə aparan 3 klubuna qadağa qoyub. 

Offsideplus.az xəbər verir ki, Şimali Koreyanın prezidenti Kim Çen In ölkədə "Tottenhem", "Vulverhempton" və "Brentford"un oyunlarının yayımlanmasını qadağan edib. Bu barədə "The Sun" nəşri məlumat yayıb. 

Buna səbəb adıçəkilən klublarda Cənubi koreyalı futbolçuların çıxış etməsidir.

Qeyd edək ki, "Tottenhem"də Son Hın Min, "Vulverhempton"da Hvan Hi Çan, "Brentford"da isə Kim Ci Su forma geyinir.