Qvineyanın ikinci böyük şəhəri olan Nzerekoredə futbol oyununda azarkeşlər arasında baş vermiş qarşıdurmada nəticəsində 100-ə yaxın adam həlak olub.

Offsideplus.az xəbər verir ki, bu barədə "Barron's" dərgisi məlumat yayıb.

Həkimlərdən birinin sözlərinə görə, münaqişədə 100-ə yaxın adam ölüb, yerli xəstəxana və meyitxananı cəsədlərlə doldurublar:

Məlumata görə, hadisəyə səbəb hakimin qırmızı vərəqə göstərməsi və daha sonra komandalardan birinin qapısına penalti təyin etməsi, bundan sonra azarkeşlər arasında başlamış kütləvi dava-dalaşın yol açıdığı böyük münaqişədir.

Polis tərəfləri ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan qurtulmaq İstəyən azarkeşlər stadiondan qaçıb çıxmağa çalışıblar və nəticədə çıxışlarda tıxac yaranıb. Çoxları gözyaşardıcı qazadan boğularaq və ya küçəyə çıxmaq istəyərkən stadionun divarlarından uçub yıxılaraq həlak olublar.