Türk əsilli futbolçu Almaniyada saxlanılıb.

Offsideplus.az xəbər verir ki, Alim Aykut Esgi Avropanın ən təhlükəli cinayətkar qruplaşmalarından olan "Mokro" dəstəsinin üzvləri ilə birlikdə saxlanılıb. O, 11 bomba partladılmasında şübhəli bilinən dəstənin tərkibində yer alıb və həbs edilib. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Alim Aykutun "əsir götürmə və təhlükəli şəkildə xəsarət yetirmə" şübhələri ilə məhkəməyə çıxarıldığı, həbs qəti-imkan tədbirinin seçilərək cəzaçəkmə müəssisənə göndərildiyi qeyd olunub.

Xatırladaq ki, 25 yaşlı oyunçu Türkiyədə "Kayserispor", "Fatih Karagümrük", "Gençlerbirliyi", "Bayrampaşa", "Akhisarspor", "İstanbulspor" kimi klublarda çıxış edib. Onun son komandası Bosniya təmsilçisi QOSK Qabela olub.