"Real"ın sabiq futbolçusu Luiş Fiqu Rodrinin "Qızıl top" alması ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Record" yayıb. Mütəxəssis bunları söyləyib:

"Qızıl top" son günə qədər nüfuzlu bir mükafat olaraq qalırdı. "Real"ın mərasimə getməyəcəyi xəbəri məni təəccübləndirməyə bilməzdi. Bu xəbəri eşidəndə hoteldə idim. Qaliblə bağlı söhbətləri jurnalistlərin ixtiyarına buraxmaq lazımdır".

Qeyd edək ki, Luiş Fiqu 200-2005-ci illərdə "Real"ın şərəfini qoruyub.