İspaniyanın Barselona şəhərinin məhkəməsi eyniadlı klubun sabiq futbolçusu Dani Alveşin işi üzrə istintaqı sona çatdırıb.

Offsideplus.az xəbər verir ki, məhkəmə bu gün istintaqın dayandırılması barədə qərar qəbul edib.

Artıq növbəti məhkəmədə tanınmış braziliyalı müdafiəçi barədə hökm oxunacaq. Alveşə müdafiə olunmaq, ittihamçı tərəfə isə çıxış üçün 5 gün vaxt verilib.

Qeyd edək ki, yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılan Dani Alveşi 10 ilə qədər həbs gözləyir.