"Marca" nəşri 2022/2023 mövsümünün ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, açıqlanan siyahıda “Mançester Siti”nin hücumçusu Erlinq Haaland ən yaxşı seçilib. İlk "3-lüy"ü isə Lionel Messi və Vinisius Junior qapayıb.
"Marca"ya görə ən yaxşı 10 oyunçu:
1. Erlinq Haaland ("Mançester Siti")
2. Lionel Messi (PSJ, "İnter Mayami")
3. Vinisius ("Real Madrid")
4. Kilian Mbappe (PSJ)
5. Kevin de Bruyne ("Mançester Siti")
6. Rodri ("Mançester Siti")
7. Antuan Qrizmann ("Atletiko Madrid")
8. Viktor Osimhen ("Napoli")
9. İlkay Gündoğan "(Mançester Siti", "Barselona")
10. Xviça Kvaratsxeliya ("Napoli")
Qeyd edək ki, siyahı jurnalistlərin, keçmiş futbolçu və məşqçilərin, eləcə də “Marca” nəşrinin oxucularının fikirləri əsasında tərtib olunub.
Xatırladaq ki, ötən mövsüm Kərim Benzema bu versiya görə qalib olmuşdu.
Fəqan İbrahimli