“Qarabağ-2”nin məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yarandığına görə sözügedən komandanın qarşıdakı oyunu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
“Qarabağ-2” komandası xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən I Divizionun XXVI turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb. Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək" -deyə, bildirilib.