Azərbaycanın FİFA dərəcəli hakimi Əliyar Ağayev və qadın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-nın İtaliyanın Roma şəhərində təşkil etdiyi seminarda iştirak edirlər. 

Offsideplus.az xəbər verir ki, Əliyar top hakimlər üçün nəzərdə tutulan təkmilləşdirmə, Fəridə Lütfəliyeva isə yeni FİFA dərəcəli hakimlər üçün təşkil edilən kurslara dəvət alıb.

Qeyd edək ki, FİFA  dərəcəli yan xətt hakimi Zeynal Zaynalov da 25-28 yanvar tarixlərində baş tutan kurslarda iştirak etmişdi.