Cinsi təzavüzdə ittiham olunan "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş başqa həbsxanaya köçürülüb.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə Brians 1 müəssisəsinə yerləşdirilib, bu gün isə Brians 2-yə aparılıb. Bildirilir ki, hakimiyyət orqanları futbolçunun təhlükəsizliyi məqsədilə bu cür qərar verib. Belə ki, Brains 1 müəssisəsində 200-ə qədər məhkum var və duşla təchiz olunmuş yerlər ortaq istifadə edildiyindən, Alveşi 80 şübhəlinin olduğu, tək nəfərlik kameralar olan Brains 2 müəsissəsinə köçürülüb.
Müdafiəçinin yeni müəsissədə psixoloq və həkimdən əlavə vəkili də görüşə biləcəyi vurğulanıb.
Qeyd edək ki, 39 yaşlı futbolçu bir neçə gün əvvəl zaminə buraxılmadan müvəqqəti həbs cəzasına məhkum edilib. İspaniya qanunlarına görə günahı sübuta yetirilərsə, Dani Alveşə 1 ildən 12 ilə qədər həbs cəzası verilə bilər.