Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya millilərini və klublarını növbəti qərara qədər öz bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb olub.

Xatırladaq ki, FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Avropa Həndbol Federasiyası (EHF) və Beynəlxalq Çimərlik Futbolu Təşkilatı da Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.