Futbol üzrə Zimbabve yığmasının sabiq futbolçusu Çarlz Yohan qətlə yetirilib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı veteran yarımmüdafiçi Soeto şəhərində avtomobil oğrularının silahlı hücumuna məruz qalıb. Bu yaxınlarda taksi şirkətlərinin birində işə başlamış Yohanın nəşi fevralın 15-də tapılıb.

Qeyd edək ki, Çarlz Yohanın futbolçu karyerası boyunca Afrika klublarında çıxış edib.