AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şimal-Qərb regionuna səfəri çərçivəsində Oğuz rayonunda olub.

Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Oğuz Olimpiya Kompleksinin meydançasında azyaşlı futboçularla görüşən E.Məmmədov AFFA adından uşaqlara top və formalar təqdim edib.

Görüş zamanı icraçı vitse-prezident növbəti həftə start götürəcək aşağı yaş qrupları üzrə liqalarda çıxış edəcək oyunçulara uğurlar arzulayıb.