"Parma"nın qələbə qolu Canluici Buffonu (Gianluigi Buffon) çox sevindirib.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi "Twitter" səhifəsi 43 yaşlı qapıçı komandasının qol sevincini qeyd edərkən 100 metrlik meydanı 11 saniyəyə qət etdiyini yazıb.
"Parma" rumınyalı futbolçusu Mixeile oyunun 93-cü dəqiqəsində komandasının yeganə qolunu vurub. Buna sevinən qapıçı Mixeile ilə sevincini bölüşmək üçün meydanın rəqibə aid olan istiqamətinə qaçıb.
Həmin maraqlı epizodun videogörüntüsünü təqdim edirik:
Xatırladaq ki, İtaliyanın II Divizionu sayılan B Seriyasında çıxış edən "Parma" "Benevento" ilə qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanıb. //Fanat.az