AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu barədə danışıb.

Offsideplus.az "Einnews"a istinadən xəbər verir ki, Məmmədov sabah saat 20:00-da baş tutacaq matç barədə bu sözləri deyib:

"Ümid edirik ki, bu oyundan sonra Çexiya və Danimarka vətəndaşları ölkəmizə yaxından maraq göstərəcək və Bakıda keçiriləcək növbəti idman tədbirlərinə də qatılacaqlar. Sabahkı oyunu səbrsizliklə gözləyirəm. Bu iki komanda Azərbaycanda bir çox azarkeşlər üçün yenidir. Lakin mümkün faciəni əzmkar çıxışa çevirən Danimarkaya çox ciddi dəstək veriləcək. Digər tərəfdən Çexiyanın son turda Niderlandı məğlub etməsi fanatların yaddaşlarında qalıb. Hər iki kollektiv AVRO-2020-də möhtəşəm anlar yaşayıb. Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik".