İsveç millisi və "Milan"nın futbolçusu Zlatan İbrahimoviç  özü barədə filmin treylerini təqdim edib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə Tvitter hesabında paylaşım edib. 2018-ci ildən çəkilişlərinə başlanılan "Mən Zlatanam" adlı bioqrafiya filmi sentyabrda efirə çıxacaq.

Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Filmin treyleri izləyicilərdə böyük maraq oyandırıb.