Karyerası maraqlı hadisələrlə zəngin olan Mario Balotelli başqa bir qəribə olaya rast gəlib.
Offsideplus.az "La Repubblica"ya istinadən xəbər verir ki, adı açıqlanmayan 30 yaşlı şəxs 31 yaşlı sevgilisini Balotelliyə qısqanıb və qadına şiddət göstərib. Marionun bu şiddətə son qoyulması üçün həmin kişiylə görüşdüyü bildirilir. Sevgilisinin italiyalı futbolçu ilə birgə olduğunu düşünərək onu döyən şəxsin əvvəllər də şiddətə görə saxlanıldığı məlum olub.
Həmin şəxsin 13 il həbs cəzası alması tələb edilir.
Qeyd edək ki, Mario Balotelli hazırda İtaliya B Seriyasında mübarizə aparan "Monza"da çıxış edir.