İngiltərə millisinin və "Aston Villa" klubunun futbolçusu Cek Qriliş noyabrın 24-də məhkəmə qarşısına çıxacaq.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə 4 dəfə yol hərəkət qaydalarını pozub.

İngiltərə qanunlarına görə, bir ildə dörd dəfə qaydaları pozan sürücü mühakimə olunmalıdır. Onun böyük məbləğdə cərimə ilə üzləşəcəyi gözlənilir.