UEFA-nın yeni reytinqi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin I turundan sonra cədvəldə bəzi dəyişikliklər olub.
Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” İsraildə “Makkabi”yə uduzduğundan hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.
Təl-Əviv təmsilçisinin qələbəsi İsrailin Çexiyanı arxada qoyaraq 20-ci sıraya qalxması ilə nəticələnib.
Qeyd edək ki, cədvəlin ilk pilləsində 82,569 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.