"Borussiya"nın (Dortmund) qışda "Salzburq"dan transfer etdiyi Erlinq Holand möhtəşəm performansı ilə diqqət çəkir.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı norveçli cari mövsümdə 2 komanda ilə iştirak etdiyi 34 oyunda 41 qol vurub.
Holandın yaşında hazırda dünyanın ən yaxşıları futbolçularından olan Lionel Messi mövsümü 17, Kriştiano Ronaldo isə 9 qolla tamamlamışdı. Ulduz futbolçuları norveçlinin göstəricisinə xeyli gec nail olmuşdular.