Jurnalistlər baş məşqçiyə etiraz əlaməti olaraq salonu tərk ediblər. 

Offsideplus.az xəbər verir ki, "Konyaspor" rəhbərliyi yeni çalışdırıcısı Recep Uçar ilə imza mərasimi üçün saat 13:00-da mətbuat konfransı olacağını bildirmişdi. Lakin rəhbərlik və texniki heyət toplantıya 40 dəqiqə gecikib. 

Klub konfransın başlamasının bir müddət daha uzanacağını açıqladıqdan sonra media nümayəndələri etiraz edərək salondan ayrılıblar.