Türk ulduzun şərəfinə heykəl qoyulub.
Offsideplus.az xəbər verir ki, Merih Demiralın Boluda heykəli ucaldılıb.
Türkiyə millisinin Avropa Çempionatında Avstriya ilə qarşılaşmasında "dubl" edərək qələbədə böyük pay sahibi olan futbolçu qol sonrasında "bozqurd" işarəsindən istifadə etmişdi.
Siyasi jest kimi qiymətləndirilən bu addıma görə Merihə 2 oyunluq cəza verilmişdi. Qərardan sonra Bolu Bələdiyyəsi oyunçunun cəsarətli hərəkətini əbədiləşdirmək üçün çalışmalara başladı.
Hazırlıq işləri başa çatdıqdan sonra heykəlin açılışı baş tutdu.