Azarkeşlər derbinin final fiti səslənəndən sonra paltardəyişmə otağına hücum edib və baş məşqçi yaralanıb.

Offsideplus.az xəbər verir ki, hadisə Serbiya Super Liqasının IX turunda "Srvena Zvezda"-"Partizan" oyunundan dərhal sonra baş verib. Evdə rəqibinə "4:0" hesabı ilə məğlub olan "Partizan"ın tərəfdarları paltardəyişmə otağına daxil olublar və ordakı pəncərələri sındırıblar. Nəticədə komandanın çalışdırıcısı Aleksandr Stanojeviç yaralanıb. Onun üzündə və boynunda kəsiklər meydana gəlib. 

Qarşılaşmanın ardından Stanojeviç açıqlamada bunları söyləyib: 

"Matç bərabərə bitsəydi gəlməzdim, amma 4:0 məğlub olduq. Bu səbəbdən bundan qaçmamaq üçün gəldim. Azarkeşlər şüşələri sındırdı, bizim üzərimizə düşdü və məni kəsdi. Fiziki qarşıdurma yaşanmadı".