Vur Cup 2 mini futbol turniri başa çatır.

Turnirin yaradıcısı və təsisçisi - gənc futbolsevər sahibkar Altay Adıgözəlov-Mustafayevdir. Nərgiz Mustafayeva və Elxan Mahmudovun simasında CİS şirkətinin təşkilatçılığı, AMF və AFFA-nın dəstəyi ilə keçirilən turnirə yeniyetmə məktəblilərdən ibarət U17 liqasına 16 komanda və gənclərdən ibarət U19 liqasına isə 16 komanda qatılmışdı. Turnir 06 apreldən start götürmüşdü. 2 ay ərzində davam edən bu maraqlı turnirin finalı 09 iyunda baş tutdu. 

Qrup mərhələsində qalib gələn komandalar mübarizələrini ¼ və yarımfinalda davam etdilər. Final oyunlarında U17 liqasında Glodemia – Sixers və U19 liqasında Elitar FK – MYC (Mathyoucan) Tigers komandaları turnirin qalibini öz aralarında müəyyən etdilər. Sixers komandası 6:2 hesabi ilə qalib gələrək U17 liqasının, Elitar FK 6:4 hesabı ilə qalib gələrək U19 liqasının qalibləri oldular.

Qalib komandalara təşkilatçı CİS şirkəti, AMF və AFFA tərəfindən kubok və medallar təqdim olundu. O cümlədən qalib komandalara turnirin baş Sponsoru MathYouCan, baş tərəfdaş VMF şirkəti və sponsor Gavalı şirkəti tərəfindən bahalı hədiyyələr təqdim olundu. Bundan başqa liqalarda 2-ci və 3-cü yer tutan komandalara, həmçinin turnirin bombardirinə və ən yaxşı qapıçısınada mükafatlar verildi. 

Turnirin media tərəfdaşları Baku TV, ASAN Radio və Offisideplus idman saytı idi. Texniki dəstəyu Allstar şirkəti təmin etdi. Bütün turnir boyu oyunçuların sağlamlığına isə Hind klinikasının həkim heyəti nəzarət edirdi.  

Futbol turniri Aquatik Su idmanı sarayının mini futbol meydaçasında keçirildi. 

Turnirin əsas məqsədi yeniyetmə gənclərin arasında futbolun və sağlam həyat tərzinin təbliğatı idi.