III MDB Oyunları çərçivəsində 3-7 oktyabr tarixlərində keçirilən güləş yarışları zamanı Azərbaycan Güləş Federasiyasının nümayəndə heyəti bölgələrə səfər edib.
Offsideplus.az xəbər verir ki, federasiya nümayəndələri Gəncə şəhərində, Göygöl, Qazax, Şəmkir və Tovuz rayon mərkəzlərində, həmçinin bir sıra kəndlərdə yerləşən güləş zallarında mövcud şəraitlə tanış olub.
Səfər çərçivəsində yerli mütəxəssislərin təklifləri dinlənilib, bölgədə güləşin inkişaf yolları müzakirə edilib.
Gələcəkdə digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.



