Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində bu gün sərbəst güləş üzrə yarışa start verilib.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Ali Tsokayevin debütü uğurlu alınıb.
Belə ki, 86 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb.
Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.
Ənənəvi turnirin son günündə milli komandamızın5 üzvü xalçaya çıxacaq.