Bakı Güləş Məktəbində 2026/2027-ci tədris ili üzrə 6-cı və 7-ci siniflərə keçirilən qəbul prosesi yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, iki mərhələdən ibarət qabiliyyət imtahanlarında 300-dən çox namizəd arasından 47 şagird uğur qazanıb.

Normativlərə əsasən 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 nəfər məktəbə qəbul edilib.

Sərbəst və yunan-Roma güləşi üzrə milli məşqçilərin apardığı seçimlərdə uşaqların fiziki hazırlığı, gücü və çevikliyi qiymətləndirilib.