“Mənə azarkeşlik edən hər kəsə minnətdaram”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında 65 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Rəşid Babazadə deyib.
Sərbəst güləşçi yarışla bağlı fikirlərini bölüşüb:
“Çox sevincliyəm. 24 yaşım var, indiyə kimi ilk dəfədir ki, Azərbaycan çempionu oluram.
"Bu nəticəni gözləyirdim. Çünki uzun müddətdir ki, ciddi şəkildə yarışa hazırlaşırdım. Məhz həmin zəhmətin nəticəsidir ki, indi çempionam.
Özümə inanırdım və söz vermişdim ki, qalib gələcəyəm. Qələbəni ailəmə və buraya gələn dostlarıma, yaxınlarıma həsr edirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.



